• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oynaqlarda yaranan ağrıları aradan qaldıran iltihabəleyhinə vasitə - Ekspert MƏSLƏHƏTİ

CƏMİYYƏT

22 Iyun 2022 | 07:03 | Müəllif: Qalib İbrahimoğlu

Oynaqlarda yaranan ağrıları aradan qaldıran iltihabəleyhinə vasitə - Ekspert MƏSLƏHƏTİ

Gündəlik istifadə etdiyimiz qidalar oynaqların vəziyyətində böyük rol oynayır. Müxtəlif məhsullar bu problemi daha da dərinləşdirmək və ya problemin simptomlarını yaxşılaşdırmaq imkanına malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fitnes üzrə ekspert Nataliya Komova məlumat verib.

O, yağlı balıq ilə qidalanmanı oynaqlarda yaranan ağrılardan xilas olmaq üçün mükəmməl vasitə hesab edir.

N.Komova bildirib ki, qidalanmada qızılbalıq, siyənək, sardina, skumbriya, ançous kimi balığın tərkibindəki faydalı yağlardan geniş istifadə olunması artritin oynaqlarda iltihab və ağrı kimi simptomların azalmasına gətirib çıxarır.

Ekspertin sözlərinə görə, qeyd olunan balıq növləri güclü iltihabəleyhinə xüsusiyyətlərə malik omeqa-3 faydalı yağları ilə zəngindir (aztibb.az).  Bir sıra tədqiqatlar göstərib ki, kifayət qədər  omeqa-3 istifadə edən insanlar iki iltihabi zülalın daha aşağı səviyyəsinə malikdirlər: C reaktiv zülal  və interleykin-6. Qanda bu iltihabi markerlərin artımı artriti olan insanlar tərəfindən hiss edilən simptomların pisləşməsinə səbəb olan amillərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026