• Bakı 16° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Özünü körpüdən atmaq istəyən şəxs xilas edildi

CƏMİYYƏT

26 Yanvar 2024 | 00:53

Özünü körpüdən atmaq istəyən şəxs xilas edildi

Bakının Nəsimi rayonunda intiharın qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yeganə şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb.

Təxminən 25-30 yaşlı oğlan üzərinə yandırıcı maddə tökərək özünü körpüdən aşağı atmaq istəyib. Ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis idarəsinin əməkdaşının çevik müdaxiləsi ilə sözügedən şəxs ölümdən xilas edilib.

Polis əməkdaşları onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda həkimlər həmin şəxsi müayinə edir.

Faktla bağlı araşdırma aparılır./apa


SON XƏBƏRLƏR

18 Oktyabr 2025