Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, noyabrın 8-də Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Etibarlı mənbədən Bakıvaxtı.az-a verilən məlumata görə, paradda iştirak edəcək Pakistan ordusunun heyəti artıq Azərbaycana gəlib.
Qeyd edək ki, eyni zamanda qardaş Türkiyə Silahlı Qüvvələrinin də şəxsi heyətinin paradda iştirakı gözlənilir.
Əli Hüseynov
 Bakı 


