Pakistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 85,4 min əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə, ocağı isə 39 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.