• Bakı 27° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Parkda gəzərkən xəzinə tapdı

CƏMİYYƏT

15 May 2026 | 12:20

Parkda gəzərkən xəzinə tapdı

ABŞ-da parkda gəzintiyə çıxan bir şəxs təsadüfən tarixi dəyəri olan xəzinə tapıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kaliforniya ştatındakı bir parkda baş verib. Şəxs torpaq altında gizlədilmiş köhnə metal qutu aşkar edib və içərisindən çox sayda qızıl sikkə çıxıb.

Məlumata görə, tapılan xəzinənin XIX əsrə aid olduğu düşünülür. Ekspertlər sikkələrin uzun illər əvvəl gizlədildiyini və kolleksiya baxımından böyük dəyərə malik olduğunu bildiriblər. İlkin hesablamalara əsasən, xəzinənin ümumi dəyəri milyonlarla dollar ola bilər. 

Araşdırma zamanı qızıl sikkələrin çoxunun yaxşı vəziyyətdə qaldığı müəyyən edilib. Tarixçilər onların ABŞ-da “Qızıl axtarışı dövrü” ilə əlaqəli ola biləcəyini ehtimal edirlər. 

Hadisə bölgədə böyük maraq doğurub. Yerli hakimiyyət orqanları ərazidə əlavə araşdırmalar aparılacağını açıqlayıb. Xəzinənin hüquqi sahibinin kim olacağı isə hələ dəqiqləşməyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026