• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Parlament buraxıldı

DÜNYA

10 Avqust 2023 | 16:25

Parlament buraxıldı

Pakistanın baş naziri Şahbaz Şərif yeni seçkilərin keçirilməsi üçün parlamenti buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, parlamentin erkən buraxılması Konstitusiya ilə hökumətə yeni seçkilərə hazırlaşmaq üçün əlavə bir ay verir.

Qeyd edək ki, Pakistanda 2018-ci ilin iyulunda keçirilən son ümumi seçkilərdə İmran Xanın partiyası qalib gəlmişdi. İmran Xan bir müddət bundan əvvəl dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR