• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

“SpaceX” internet peyklərini orbitə çıxardı

DÜNYA

09 Sentyabr 2023 | 13:39

“SpaceX” internet peyklərini orbitə çıxardı

“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.

Raket buraxılışı Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin 40-cı buraxılış kompleksindən həyata keçirilib. Təxminən bir saat sonra kosmik gəmi orbitə buraxılıb.

Qeyd edək ki, bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 106-cı, bu ilin əvvəlindən isə 37-ci buraxılışıdır. Cari buraxılışı nəzərə alsaq, “SpaceX” artıq 5 mindən çox belə peyki orbitə çıxarıb. Onlardan bəziləri sıradan çıxıb və ya orbitdən çıxıb. Hazırda orbitdə 4,7 mindən çox cihaz işlək vəziyyətdə qalır.

“SpaceX” hazırda dünyanın ən böyük peyk operatorudur. “Starlink” internet şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 62 ölkədə istifadəçilər üçün əlçatandır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026