• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qəzzada 123 min insan evini tərk etdi

DÜNYA

09 Oktyabr 2023 | 13:29

Qəzzada 123 min insan evini tərk etdi

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən 123 mindən çox fələstinli Qəzza zolağında evlərini tərk etmək məcburiyyətində qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, dünən axşam saatlarına olan məlumata görə, 123 538 fələstinli evini tərk edib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu bunu müharibə kimi qəbul edib və əks-hücuma başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026