• Bakı 31° C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

102-ci hərbi baza ləğv oluna bilər

DÜNYA

08 Noyabr 2023 | 09:22

102-ci hərbi baza ləğv oluna bilər

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu açıqlayıb. 

MAİ-nin iddiasına görə, Kremlə bağlı mənbələr bildirib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır: 2Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-nin Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. Amerika ilə Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır".

Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.


SON XƏBƏRLƏR

20 Iyul 2025