• Bakı 18° C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Daşkənddə İƏT-in sammiti keçiriləcək

DÜNYA

08 Noyabr 2023 | 09:53

Daşkənddə İƏT-in sammiti keçiriləcək

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, sammitə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sədrlik edəcək.

Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları iştirak edəcək. Onlar təşkilat çərçivəsində ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, İƏT sammiti noyabrın 9-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR