• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Co Baydenin oğlu 17 il HƏBS OLUNA BİLƏR

DÜNYA

08 Dekabr 2023 | 09:39

Co Baydenin oğlu 17 il HƏBS OLUNA BİLƏR

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz bənd üzrə ittiham irəli sürülüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.

ABŞ prezidentinin oğlu 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin, qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur. Fox News-un məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Hanter Bayden "vergi ödəmək əvəzinə bahalı həyat tərzinə" milyonlarla dollar xərcləməkdə ittiham olunur.

O bundan əvvəl odlu silah sahibi olmaqla bağlı üç cinayətdə ittiham olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR