• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda “Honkonq qripi”nə yoluxma ARTIB

DÜNYA

08 Dekabr 2023 | 09:41

Ermənistanda “Honkonq qripi”nə yoluxma ARTIB

Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb. Bu ölkədə həmçinin A tipli qrip - H3N2 (“Honkonq qripi”), B tipli qrip və COVID-19 halları da qeydə alınıb.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkədə kəskin respirator virus infeksiyaları arasında RS virusu (respirator sinsitial infeksiya), rinovirus və koronavirus (SARS-COV-2) geniş yayılıb.

Qeyd edilib ki, koronavirusla bağlı vəziyyət stabilləşib. Oktyabrın 20-dən dekabrın 4-dək COVID-19-a 165 yoluxma halı qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026