Hindistanda bir müddətdir müzakirə edilən ölkə adı dəyişikliyi bu dəfə rəsmi sahədə öz yerini tutub.
Bakıvaxtı.az xəbər verir ki, G20 Liderlər Sammitində Hindistanın "Bharat" adlandırılması ölkənin adının dəyişəcəyi ilə bağlı iddiaları böyük ölçüdə təsdiqləyir.
Bəs Bharat bə anlam verir?
Hind ədəbiyyatında Himalay dağları ilə okeanlar arasındakı bölgə Bharatvarş adlanır. Hind mifologiyasına görə, Bharata Dehlinin şərqindəki Hastinapura kralı idi və bütün ölkəni fəth edən ədalətli bir kral kimi görünürdü.
Ən qədim hindu mətni olan Riq Vedada Bharata icmanın adı kimi istifadə olunur. Sanskrit dilində Bharata, həm də qidalandırıcı torpaq deməkdir.
Xatırladaq ki, 1927-ci Hindistanın baş naziri olacaq Cavaharlal Nehru ölkə haqqında "Hindistan Bharatadır, hinduların müqəddəs torpağıdır" yazırdı.
Hindistanın yeni adı sanki “b” hərfindən sonra gizli “a” hərfi varmış kimi tələffüz olunur. Lakin bu tələffüzdə gizli “a” hərfinə vurğu edilmədən deyilməlidir. Başqa sözlə, sözün tələffüzü “b(a)harat” kimi ifadə oluna bilər.
Ay Tac















