• Bakı 10° C

    13.95 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Sumqayıtda partlayışda yaralananların son durumu AÇIQLANDI

CƏMİYYƏT

06 Dekabr 2024 | 15:45

Sumqayıtda partlayışda yaralananların son durumu AÇIQLANDI

Dekabrın 3-də Sumqayıtda partlayışda yaralananların son durumu açıqlanıb.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1977-ci il və 2007-ci il təvəllüdlü şəxslər dekabrın 4-də saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar. 

Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü şəxs və başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Ağırlıq dərəcəsinə əsasən xəstələr xüsusi boksdadır. Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri ağır olaraq qalır.

Qeyd edək ki, 03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verib.

Baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 Aprel 2025