• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

ETSN-dən küləkli hava şəraiti ilə əlaqədar ÇAĞIRIŞ

CƏMİYYƏT

05 Yanvar 2025 | 15:14 | Müəllif: Gülşən Şərif

ETSN-dən küləkli hava şəraiti ilə əlaqədar ÇAĞIRIŞ

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Xidmətdən Bakıvaxtı.az-a bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir.

Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026