• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Polad Bülbüloğlunun yubiley gecəsi keçirildi

CƏMİYYƏT

04 Fevral 2025 | 13:51 | Müəllif: Əli Hüseynov

Polad Bülbüloğlunun yubiley gecəsi keçirildi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Şəki şəhər  MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə bəstəkar, musiqiçi, ictimai-siyasi xadim  Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş "Gəl ey səhər" adlı yubiley gecəsi keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və MİHİ Şəki rayon Komitəsinin  rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Polad Bülbüloğlunun yaradıcılıq fəaliyyəti işıqlandırılıb, bir-birindən ecazkar bəstələri və repertuarından nəğmələr səsləndirilib. 

Tədbirin sonunda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026