• Bakı 12° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Paşinyan daxildə separatçılardan çəkinir, xaricdə isə...

SİYASƏT

07 Iyun 2023 | 17:10

Paşinyan daxildə separatçılardan çəkinir, xaricdə isə...

“Ermənistanın son təxribatları əsasən danışıqlarla bağlıdır”.

Bunu Bakıvaxtı.az-a deputat Arzu Nağıyev Ermənistanın silahlı təxribatlarının artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan delimitasiya və demarkasiyanın gecikəcəyi təqdirdə Azərbaycanın yüksəkliklərdən çəkiləcəyini düşünür: “Lakin bu absurddur”.

Arzu Nağıyev: “Ermənistanın son təxribatları əsasən danışıqlarla bağlıdır”

Millət vəkili əlavə edib ki, ermənilər əvəllər qondarma status məsələsini gündəmə gətirirdilər: “Lakin onun da bir xeyri olmadı. Ermənistan onun maraqlarına qarşı edilən təzyiqlərə cavab verə, etiraz edə bilmir. Çünki İrəvanın nə daxildə, nə də xaricdə müstəqil siyasəti var. Daxildə separatçılardan çəkinir, xaricdə isə Rusiya və Qərbin dedikləri ilə oturub-durur”.

Müsahibimiz qeyd edib ki, buna görə də Azərbaycan təklif edir ki, bu danışıqlar ikitərəfli olmalıdır: “Bütün bu proseslər göstərir ki, rəsmi İrəvan prosesə tam şəkildə nəzarət edə bilmir və özlərinin ciddi, konkret mövqeyi yoxdur. Lakin buna baxmayaraq danışıqlar davam edəcək”.

“Əsas məqsədimiz delimitasiya və demarkasiya məsələlərinin öz həllini tapması, sülh müqaviləsinin imzalanmasıdır. Eyni zamanda humanitar və digər sahələrdə olan problemlər həll olunmalıdır”, - deyə Arzu Nağıyev vurğulayıb.

Cavad


SON XƏBƏRLƏR

27 Mart 2024