• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Albaniyada  Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

SİYASƏT

07 Iyul 2023 | 16:48

Albaniyada Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

Albaniya və Azərbaycan arasında əməkdaşlığın hazırkı çox yaxşı tempi gələcəkdə də saxlanılacaq. Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyət həftəsi bayram ab-havasında keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

Ölkələrimizin turizm sahəsini prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab etdiyini diqqətə çatdıran Albaniya Prezidenti deyib ki, əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır:

“Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026