• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyan-Mirzoyan arasında gərginlik var? – Baş nazirin XİN başçısına etimadı...

SİYASƏT

14 Mart 2024 | 10:27 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan-Mirzoyan arasında gərginlik var? – Baş nazirin XİN başçısına etimadı...

 Ermənistanın baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında gərginlik var.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri yazıb. Nəşr iddia edib ki, onlar bir sıra məsələlərdə razılığa gələ bilmirlər:

“Məsələn, Mirzoyan Ermənistan konstitusiyanın dəyişilməsinin əleyhinədir. Buna baxmayaraq, Mirzoyan bütün addımlarını Paşinyanla əlaqələndirir və hətta fikir ayrılığını gizlətmədiyi məsələlərdə Baş nazirə qarşı çıxmağa cəhd etmir”.

Qəzet həmçinin yazıb ki, hakim Vətəndaş müqaviləsi partiyasında Mirzoyanla bağlı dərin məyusluq var.

Paşinyan-Mirzoyan gərginliyi ilə bağlı xəbərləri Bakıvaxtı.az-a dəyərləndirən politoloq Qabil Hüseynli isə hesab edir ki, eyni komandada təmsil olunan iki mühüm şəxs arasındakı fikir ayrılıqlarının ciddi antoqanizmə çevrilməyəcəyini düşünür.

Analitik bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla onun xarici işlər naziri Ararat Mirzoyan arasında sadəcə müəyyən məsələlərdə fikir ayrılıqları, ziddiyyətlər ola bilər:

"Əvvəla, nəzərə alaq ki, xarici işlər naziri Mirzoyan o qədər də təcrübəli, dərin fikirli şəxs deyil. Mirzoyanın rəhbərlik etdiyi posta təyinat alması Paşinyan tərəfindən ona göstərilən güclü etimaddır. O baxımdan Paşinyanın şəxsən ona etibar etdiyini söyləmək olar. Ermənistanın baş naziri həm konstitusiya dəyişikliyi, həm də sülhlə əlaqəli önəmli məqamlarla bağlı formalaşdırdığı komanda üzvlərinin də fikirlərini öyrənmək istəyir”.

Qabil Hüseynli: Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanan günədək öz komandasını qoruyacaq

Hüseynli qeyd edib ki, Paşinyan qonşu ölkələrlə, Türkiyə ilə əlaqələrin daha tez qurulmasında maraqlı olduqlarını vurğulayır və Qərbin dəstəyi ilə bu yöndə addım atamağa çalışır. Mirzoyan proseslərin çoxunu dərindən bilmir və bilmədiyi məsələlərdə Paşinyanın söylədiklərini edir.

Müsahibimiz ehtimal edir ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanan günədək öz komandasını qoruyacaq və onlarla birgə hərəkət edəcək:  “İndiki kritik məqamda, danışıqlar prosesinin gedişində XİN rəhbərini əvəzləməyə ehtiyac yoxdur".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026