Hazırda Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması ilə bağlı razılıq yoxdur.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi getməlidir.
M. Qriqoryan dekabr ayında Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünün gündəliyi barədə sualı isə cavablandırmayıb.
















