Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bölgələrdə havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
















