• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qripi "omikron"dan fərqləndirən əsas xüsusiyyət hansıdır?

CƏMİYYƏT

22 Yanvar 2022 | 11:57 | Müəllif: Qalib İbrahimoğlu

Qripi "omikron"dan fərqləndirən əsas xüsusiyyət hansıdır?

"Koronavirusun "omikron" ştamı sürətlə bütün dünyaya yayılmaqdadır. Avropa ölkələrində bu ştama qarşı mübarizə tədbirləri gücləndirilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə həkim-infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, “omikron" öz dominantlığını dünyada qoruyub saxlayır. Azərbaycanda da əhalinin 40%-də bu ştama yoluxma faktı aşkar edilib.

“Amma “omikron" qripdən fərqlənir. "Omikron"la yanaşı, hazırda “influenza” deyə adlandırdığımız qrip geniş yayılıb".

İnfeksionist deyib ki, “influenza” bütün yaş qruplarında rast gəlinir: "Qripi virusdan fərqləndirən əsas xüsusiyət qızdırmanın olmasıdır. "Omikron"un qripdən fərqli olaraq aşkar edilməsi çətindir, qrip anidən yaranırsa, “omikron" nisbətən, yavaş-yavaş hiss olunur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026