• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hava yağmursuz olacaq

CƏMİYYƏT

21 Fevral 2022 | 08:25 | Müəllif: Qalib İbrahimoğlu

Hava yağmursuz olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Bakıvaxtı.az-a bildirilib ki, səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa qnəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026