"Günün ikinci yarısında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənməsi dumanın seyrəlməsinə səbəb olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, lakin ayın 23-dən 26-dək əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yenidən duman olacağı ehtimal olunur.
















