• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

CƏMİYYƏT

21 Fevral 2022 | 09:05 | Müəllif: Qalib İbrahimoğlu

Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Vverilən məlumata görə, rayon sakini Z.Təhməzovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026