• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tərtərdə dəmir yolu stansiyasından oğurluq edildi

CƏMİYYƏT

22 Yanvar 2022 | 11:16 | Müəllif: Subhan Mahmudov

Tərtərdə dəmir yolu stansiyasından oğurluq edildi

Tərtər rayonunun Köçərli dəmir yolu stansiyasından oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən istifadəyə yararsız 6 ədəd rels altlığını, 15 ədəd kastil, 9 ədəd rels boltu və 3 ədəd nişan lövhəsini oğurlamaqda şübhəli bilinən Köçərli kənd sakinləri C. Hacıyev və əvvəllər məhkum olunmuş X. Hacızadə saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026