• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Trendyol"un son qərarı karqoları çökdürəcək? - AÇIQLAMA

CƏMİYYƏT

22 Yanvar 2022 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

"Trendyol"un son qərarı karqoları çökdürəcək? - AÇIQLAMA

Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata görə, Türkiyənin məşhur alış-veriş platforması sifarişləri ölkələrə birbaşa çatdıracaq. Belə olacaqğı halda, kargo şirkətlərinə ehtiyac qalmayacaq?

Kargo daşımaları üzrə ekspert Samir Əffətlinin Bakıvaxtı.az-a dediyinə görə, bu barədə gedən məlumatlarda böyük bir yanlışlıq var: “Türkiyədən yeni qayıtmışam. 2 il əvvəl "Trendyol"un direktoru ilə əməkdaşlıq üçün görüşmüşdüm və bizim bu barədə qısa söhbətimiz də olmuşdu. Şirkətin məqsədi 100 milyonlar qazanmaqdır və Azərbaycan bu plan üçün onlara maraqlı deyil. Çünki Azərbaycan kiçik ölkədir".

S.Əfətli bildirib ki, məlumatda ancaq Yaxın Şərq və Avropa ölkələrindən söhbət gedir: "Buna görə də əminliklə deyə bilərik ki, bu söhbətin Azərbaycana aidiyyatı yoxdur. Kargo şirkətləri öz fəaliyyətini həmişəki kimi davam etdirəcək”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR