• Bakı 19° C

    6.92 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Paşinyanın oğlunu qaçırmaqda təqsirləndirilən qadın sərbəst buraxıldı

DÜNYA

09 Iyun 2023 | 17:25

Paşinyanın oğlunu qaçırmaqda təqsirləndirilən qadın sərbəst buraxıldı

Ermənistanda məhkəmə ölkənin Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qaçırılmasında ittiham olunan Qayana Akopyan barədə qərar çıxarıb.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Akopyan 4 il müddətinə şərti cəza alıb. Cəzanın 1 ili sınaq müddəti olacaq.

Q. Akopyan məhkəmə zalından sərbəst buraxılıb.

Xatırladaq ki, mayın 17-si Nikol Paşinyanın oğlu Aşot küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb. Məhkəmə mayın 20-si Akopyanın 1 ay müddətinə həbs olunmasına dair qərar verib. O, Aşot Paşinyanın qaçırılmasının təşkilində ittiham olunurdu. Akopyan iyunun 5-i ev dustaqlığına buraxılmışdı.


SON XƏBƏRLƏR