• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyə və Misir ticarət həcmini artırmağı planlaşdırır

DÜNYA

09 Iyul 2023 | 16:11 | Müəllif: Subhan Mahmudov

Türkiyə və Misir ticarət həcmini artırmağı planlaşdırır

Türkiyə və Misir ticarət dövriyyəsini 20 milyard dollara çatdırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Komissiyasının Türkiyə-Misir İşgüzar Şurasının sədri Mustafa Denizer bildirib.

    Mustafa Denizer ticarət dövriyyəsinin 15-20 milyard dollara çatdırılması imkanının olduğunu söyləyib. Yaxın bir neçə ildə pərakəndə satış, enerji, məişət texnikası, nəqliyyat sektorlarına investisiyalar arta bilər.

    Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Misirə 3,2 milyard dollar dəyərində mal ixrac edilib, 2020-ci ildə bu göstərici 2,95 milyard dollara düşüb. Ancaq qarşılıqlı addımlar nəticəsinə artıq Türkiyədən Misirə ixracın həcmi 4,03 milyard dollara çatıb.

    Qeyd edək ki, bu il iyulun 4-də 10 illik fasilədən sonra Türkiyə və Misir arasında diplomatik əlaqələr bərpa olunub, qarşılıqlı səfirlər təyin edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026