Portuqaliyanın Odemira şəhəri yaxınlığında meşə yanğınları davam edir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Lissabonun cənubunda və Portuqaliyanın qərb sahilində yerləşən Odemira şəhəri yaxınlığında şənbə günü baş verən meşə yanğını güclü küləklərin təsiri ilə cənuba, ölkənin əsas turizm bölgəsi olan Alqarvenin içərilərinə doğru irəliləyib.
İndiyədək, təxminən, 6700 hektar ərazi külə çevrilib, ümumilikdə 19 kənd, 4 yaşayış yeri və bir düşərgə sahəsi boşaldılıb. 1400-dən çox insan təxliyə edilib. Təxminən 800 nəfərin iştirak etdiyi söndürmə işlərində 9 yanğınsöndürən yaralanıb.
Odemira Bələdiyyə Başçısı Helder Guerreiro vəziyyətin kritik, çətin və mürəkkəb olduğunu deyib.
A1 avtomobil yolunun bəzi hissələri və Lissabon ilə Porto arasındakı bəzi yollar da ölkənin digər bölgələrində baş verən yanğınlar səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.
Söndürmə işlərinin aparılması üçün əraziyə 16 yanğınsöndürən təyyarə cəlb olunub.
Qeyd edək ki, Portuqaliya da daxil olmaqla Pireney yarımadasının əksər hissəsində temperaturun bu həftə 40 dərəcəni keçəcəyi gözlənilir.
Ay Tac


jpg-1694086510.webp)





jpg-1694080557.webp)





