Moskvada "Salyut" zavodunda yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, zavodun yanar natriumun saxlandığı laboratoriya yanıb.
Zavodun yerləşdiyi Plexanov küçəsindəki binadan insanlar təxliyə edilib.
Qeyd edək ki, "Salyut" zavodunda gəmi radarları istehsal olunur. 2022-ci ildən zavod ABŞ sanksiyaları altındadır.















