• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həbsxanada yanğın - 3 nəfər ölüb, 16 nəfər yaralandı

DÜNYA

07 Oktyabr 2023 | 13:21 | Müəllif: Subhan Mahmudov

Həbsxanada yanğın - 3 nəfər ölüb, 16 nəfər yaralandı

Cümə günü Livanın şərqindəki Zahl şəhərindəki həbsxanada baş vermiş yanğın nəticəsində 3 məhbus ölüb, 16 nəfər yaralanıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Livanın Milli Xəbər Agentliyinə məlumat verib.

Qeyd olunur ki, bir neçə məhbus şəraitin pis olması səbəbindən qaçmaq istəyərkən həbsxananı yandırıb.

Mülki müdafiə qrupları və Qızıl Xaç Cəmiyyətinin əməkdaşları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Təxminən 650 məhbusun olduğu həbsxananın ətrafına hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Livan həbsxanalarında vəziyyət 2019-cu ildəki iqtisadi böhrandan sonra daha da pisləşib. Məhkumlar sıxlıqdan və pis yeməklərdən şikayətlənirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026