Səfərə çıxmazdan əvvəl “Google Maps” proqramından istifadə edən kişi, izlədiyi görüntüdən şoka düşüb.
Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Peruda yaşanıb. Belə ki, ər arvadının skamyada oturub başqa bir kişinin başını sığalladığını xəritədə görüb.
Verilən məlumatlara əsasən, arvadının xəyanətini telefondan izləyən kişi onunla boşanmaq qərarı verib.
Həmçinin o, sözügedən görüntüləri sosial şəbəkədə paylaşaraq arvadını ifşa edib. Lakin çox keçmədən, qınaq obyektinə çevrilib.
Hər kəs xəritədə yanlışlıq ola biləcəyini desə də, kişi buna məhəl qoymayıb.
Texnologiyanın inkişafı nəticəsində yaşanan hadisə əksər ölkələrdə maraqla qarşılanıb.
Xəyalə Rza

















