• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Yük maşını velosipedçiləri vurdu - Ölənlər var

DÜNYA

07 Sentyabr 2023 | 13:15

Yük maşını velosipedçiləri vurdu - Ölənlər var

Rusiyanın Leninqrad vilayətində, Sankt-Peterburq şəhəri yaxınlığında yük maşınının bir qrup velosipedçini vurması nəticəsində azı iki nəfər ölüb, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hadisə Skandinaviya magistralının 60-cı kilometrliyində baş verib. “KamAZ” markalı yük maşını velosipedçilərdən ibarət qrupu müşayiət edən minik avtomobilinə çırpılıb, sonra isə velosipedçiləri vurub.

Hazırda hadisənin baş vermə səbəbləri və xəsarət alanların sayı dəqiqləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026