• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

HƏMAS İsrailə müharibə elan etdi - Müdafiə naziri

DÜNYA

07 Oktyabr 2023 | 12:01 | Müəllif: Subhan Mahmudov

HƏMAS İsrailə müharibə elan etdi - Müdafiə naziri

HƏMAS İsrailə qarşı müharibə elan edib.

Bakıvaxtı.az bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Nazir bildirib ki, bu gün Qəzza zolağından İsrail ərazisinə başlayan genişmiqyaslı raket hücumlarına cavab olaraq ölkəsinin Silahlı Qüvvələri döyüş əməliyyatlarına başlayıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına əsasən, ordu Qəzza zolağında "Dəmir qılınclar" ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb.

İsrail Prezidenti İsxak Hersoq baş verənlərə "X" (tvitter) sosial şəbəkə hesabında münasibət bildirib və ölkəsinin çətin dövr yaşadığını qeyd edib. İsrail rəhbəri xalqına və ordusuna tam dəstəyini ifadə edib:

"Mən İsrail ordusunu, onun komandirlərini, hərbçilərini və bütün təhlükəsizlik xidmətlərini dəstəkləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026