• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsraildə xəsarət alanlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA

DÜNYA

07 Oktyabr 2023 | 11:49 | Müəllif: Subhan Mahmudov

İsraildə xəsarət alanlar arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA

Bu ana qədər İsraildəki hadisələr zamanı xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Azərbaycanın İsraildəki səfirliyi tərəfindən tezliklə vətəndaşlarımıza müraciət dərc olunacaq, qaynar xətt yaradılacaq", - deyə əlavə edilib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026