Dünyada böyük marağa səbəb olan "Barbie" filmi izlənmə nisbəti ilə rekord qırıb. Geyimdən makiyaja qədər hər sahədə özünü göstərən çılğın tendensiya dəfn təşkilatlarına da sirayət edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Meksika və Salvadorda dəfn evlərində çəhrayı tabutlar görənləri təəccübləndirib.
“Beləliklə, Barbie kimi rahat yata biləsiniz” şüarı ilə maraqlı tabutlar buraxılıb.
Reklam çarxında çəhrayı rəngin insanların yaşadıqları unudulmaz anların qığılcımını və enerjisini ifadə etdiyi bildirilib.
"Çəhrayı tabutu təbliğ etmək istədik, çünki bu, bir trendə çevrilib. İnsanlar bizimlə əlaqə saxlayır, artıq tabutla maraqlanan 40 nəfərdən ən azı 10-u ilə müqavilə imzalamışıq", - deyə El Salvadordakı tabut ustası bildirib.
Ay Tac
















