• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sperma və yumurta olmadan insan embrion modeli hazırlandı

DÜNYA

07 Sentyabr 2023 | 12:10

Sperma və yumurta olmadan insan embrion modeli hazırlandı

Kök hüceyrələrdən hazırlanan embrion modellərinin hamiləliyin naməlum erkən mərhələsinə işıq salacağı ümid edilir.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin Wiezmann Elm İnstitutunun alimləri insan embrionlarına bənzər sperması, yumurtası və uşaqlığı olmayan modellər hazırlayıblar. Laboratoriyada kök hüceyrələrdən əldə edilən “embrion modeli” adlandırılan model əsl 14 günlük embriona bənzəyir. Embrion hətta müsbət hamiləlik testi ilə nəticələnəcək hormonlar ifraz edir.

“Nature” jurnalında dərc edilən araşdırmada hazırlanmış sintetik embrion modellərinin plasenta, yumurta kisəsi, xorion kisəsi və digər xarici toxumalar da daxil olmaqla, bu mərhələ üçün xarakterik olan bütün strukturlara və bölmələrə sahib olduğu bildirilib.

İnstitutdan verilən açıqlamada prof. Yakob Hannanın rəhbərlik etdiyi tədqiqatçılar tərəfindən əldə edilən insan embrion modellərinin embrionun sirli başlanğıclarına yeni işıq salmaq üçün görünməmiş bir fürsət yarada biləcəyi vurğulanıb.

Sperma yumurtanı döllədikdən sonra bir neçə həftə ərzində hüceyrələr körpə şəklini alan bir varlığa çevrilmənin ilk mərhələlərini meydana gətirir.

Araşdırmanı şərh edən Dr.Hanna qeyd edib ki. dram ilk ayda baş verir, hamiləliyin qalan səkkiz ayı, əsasən, böyümə ilə doludur. Lakin o ilk ay hələ də böyük ölçüdə qara qutudur.

Komanda araşdırmanı əvvəllər əldə etdikləri siçan embrion modelləri əsasında hazırlanmış sintetik kök hüceyrə təcrübələri üzərində qurub.

Döllənmiş bir yumurta və ya uşaqlıq olmadan tədqiqatçılar bədəndəki hər hansı bir toxuma növünə böyümə potensialını qazanmaq üçün başlanğıc material kimi istifadə etdikləri sadə kök hüceyrələrini yenidən proqramlaşdırıblar. Bu mərhələ təbii insan embrionunun ana bətnində implantasiya olunduğu yeddinci günə təsadüf edir.

Bu andan etibarən tədqiqatçılar insan embrionunun ilkin mərhələlərində mövcud olan hüceyrələri üç qrupa ayıraraq embriona çevriləcək hüceyrələri tək buraxıblar. Genetikasını genetik olaraq dəyişmədən yalnız kimyəvi maddələrdən istifadə edərək inkişaf etdirilən hüceyrələr plasentanı, yumurta kisəsini və xorion kisəsini yaradan quruluşu meydana gətirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026