• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sərhəddə silahlı toqquşma - 12 nəfər öldürüldü

DÜNYA

07 Sentyabr 2023 | 11:18

Sərhəddə silahlı toqquşma - 12 nəfər öldürüldü

Pakistan hərbçiləri Əfqanıstanla sərhəd Çitral vadisində "Təhrik-e-Taliban Pakistan" (TTP) qruplaşmasının azı 12 yaraqlısını öldürüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Express Tribune" məlumat yayıb.

Döyüşlər müasir silahlarla təchiz edilmiş yaraqlıların böyük bir qüvvəsinin Pakistanla sərhəd bölgəsində iki kəndi ələ keçirməsi və parkistanlı sərhədçilərə hücum etməsindən sonra başlayıb.

Qeyd edək ki, Pakistan hərbçiləri arasında itkilər 4 nəfərə çatıb.

Pakistan kəşfiyyatının məlumatına görə, hazırda TTP qruplaşmaları Pakistan ərazisinə yeni müdaxilələr üçün Əfqanıstanla sərhəd Nuristan və Kunar əyalətlərində cəmləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026