• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Paşinyanın “Real Ermənistan” xəyalı: Revanşist siyasət ölkənin məhvi və fəlakətdir

SİYASƏT

09 Yanvar 2025 | 10:24

Paşinyanın “Real Ermənistan” xəyalı: Revanşist siyasət ölkənin məhvi və fəlakətdir

“Nikol Paşinyan erməni toplumunu “Real Ermənistan” uğrunda mübarizəyə səsləyir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Real Ermənistan” ideologiyası olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil” fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, illər boyu "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər Azərbaycan və Türkiyə torpaqlarını, o cümlədən Gürcüstan və İran ərazilərinin bir hissəsini zəbt etməklə "böyük dövlət" qurmaq xəyalları, daha doğrusu mifləri ilə yaşayıblar:

"İkinci Qarabağ savaşı və anti-terror əməliyyatı, sonrakı proseslərdə əldə olunan tarixi uğurlar ermənilərə "böyük Ermənistan" xülyasının boş və mənasız olduğunu, heç vaxt reallığa çevrilə bilməyəcəyini ortaya qoydu. Hazırda Paşinyan öz güclərini, imkanlarını hesablayır. Erməni cəmiyyətinin həqiqi Ermənistana dair fikirlərini, yanaşmasını analiz edir”.

Müsahibimiz hesab edi ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışının məhz indi yayılması və müzakirələrə səbəb olması da təsafüdi deyil. Dediyinə görə, böyük ehtimal bu material lap əvvəldən Paşinyanın əlində olub:

“Paşinyan bu cür iddialarla, mifoloji xülyalarla real Ermənistan yaratmağın qeyri-mümkün olduğunu göstərməyə çalışır. Açıqlamaları da göstərir ki, Paşinyan Azərbaycanla gərginliyin yaranmasında deyil, sülhün əldə olunmasında maraqlıdır".

Samir Hümbətov: Paşinyan erməni cəmiyyətinin həqiqi Ermənistana dair fikirlərini, yanaşmasını analiz edir

S.Hümbətova görə, baş nazir hər fürsətdə bildirir ki, Ermənistan indiki real sərhədləri çərçivəsində güclü və təhlükəsizliyi təmin olunmuş bir dövlət kimi formalaşmalı, qonşularla əməkdaşlığı inkişaf etdirməlidir:

"Hətta Paşinyan hər zaman ifadə etdiyi kimi Ermənistan ərazisini 29.8 min kv.km. deyil, daha az görür. Baş nazir "Real Ermənistan" deyərkən bunu nəzərdə tutur. Ancaq bu həqiqəti xəstə təfəkkürlü, ultra-millətçi və şovinist kəsimə qəbul etdirmək heç də asan deyil. Əslində Paşinyan dolayı yolla, ara-sıra isə birbaşa ölkə ictimaiyyətinə anlatmağa çalışır ki, revanşist siyasət Ermənistanın məhvi və fəlakət deməkdir".

Aydın Baxış


SON XƏBƏRLƏR