• Bakı 27° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Pentaqondan Türkiyə və Suriya ilə bağlı AÇIQLAMA

DÜNYA

12 Dekabr 2024 | 15:11

Pentaqondan Türkiyə və Suriya ilə bağlı AÇIQLAMA

"ABŞ Suriya ilə bağlı təkcə Türkiyə ilə deyil, digər tərəflərlə də əlaqə saxlayır".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon)  mətbuat katibinin müavini Sabrina Sinq gündəlik konfransda deyib.

O, Suriyada Baas rejiminin süqutu ilə ortaya çıxan vəziyyətlə bağlı Türkiyə ilə əlaqənin davam etdiyini açıqlayıb.

"ABŞ Suriyadakı hadisələrlə bağlı Türkiyədəki həmkarları ilə əlaqə saxlayır. Biz bilirik ki, Türkiyə daxildən gələn təhdidlərlə üzləşir. Türkiyənin özünü və Suriyanı qorumaq haqqı var. Suriyada rejim dəyişikliyi böyük bir fürsət və eyni zamanda böyük riskdir", - deyə Sinq qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2025