Rusiyada Saratov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Saratov (Qaqarin) hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.