“Real”ın braziliyalı hücumçusu Vinisius Junior Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Mənbə bildirib ki, hadisə 2023-cü ilin oktyabrında “Barselona” ilə oyun zamanı baş verib. Həmin matçda 3 katalon azarkeşin irqçi şüarlar səsləndirməsi kameralara tuş gəlib. Onlardan biri azyaşlı olduğu üçün onun işi başqa orqan tərəfindən araşdırılır.
Qeyd olunur ki, yanvarın 23-də Vinisius zərərçəkmiş şəxs qismində çıxış edəcək.
Bundan əvvəl “Real Madrid” azyaşlı azarkeşi irqçiliyə görə cərimələyib. Klub bildirib ki, uşaq Vinisiusa baş verənlərə görə üzr istəyən məktub göndərib.