Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Türkiyə və Çin arasındakı əlaqələrin 2024-cü ildə daha da güclənəcəyini və ticarət sahəsində mühüm əməkdaşlıq potensialına malik olduğunu vurğulayıb.
Bakıvaxtı.az bu barədə yerli KİV-ə istinadla xəbər verir.
O qeyd edib ki, cümə günü İstanbulda yerli və xarici media nümayəndələrinin iştirakı ilə təşkil edilən mətbuat konfransında iki ölkə arasında keçən il ərzində keçirilən çoxsaylı yüksək səviyyəli səfərlər və toplantılar vasitəsilə əməkdaşlığın güclənib, daha sıx bağların qurulub və qarşılıqlı inkişaf üçün yeni imkanlar açılıb.
Türkiyənin Orta Dəhliz Layihəsi ilə Çinin Kəmər və Yol Təşəbbüsü arasındakı potensial sinerjilərə toxunan Fidan, bu əlaqənin ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün əsas istiqamətlərdən biri ola biləcəyini vurğulayıb
Nuriyyə Musayeva