Rusiya ilə sülh əldə etməzdən əvvəl Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RAI News 24”ə müsahibəsində deyib.
“Avropa İttifaqı bu gün Rusiya Federasiyasının dondurulmuş bütün aktivləri ilə bağlı ciddi addımlar ata bilər. Bu mühüm addımdır. Bu, təkcə Ukraynaya kömək etməyəcək", - o deyib.
Zelenski Rusiyanın dondurulmuş aktivlərinin pullarını ölkənin silahlı qarşıdurmanın nəticələrindən qurtulmasına kömək etmək üçün Avropa bizneslərinin inkişafına yönəltməyi təklif edib. O, bu qərarı qarşılıqlı faydalı yanaşma adlandırıb.
“Biz bunu (münaqişənin həllini – red.) çox istəyirik. Ancaq hər hansı razılaşmadan əvvəl bunların ciddi təhlükəsizlik zəmanətləri olması çox vacibdir. “Belə ki, bunlar Ukrayna və bütün Avropa üçün təhlükəsizlik təminatları olsun”, - dövlət başçısı qeyd edib.
Prezident həmçinin bildirib ki, bu il belə zəmanətlər alacağına və silahlı münaqişəyə son qoyulacağına ümid edir.