• Bakı C

    4.08 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

"Gürcüstan üçün real təhlükə var" – Gürcüstan XİN naziri

DÜNYA

11 Yanvar 2025 | 16:14

Gürcüstan üçün real təhlükə var – Gürcüstan XİN naziri

"Gürcüstan təhlükəsizlik baxımından asan olmayan vəziyyətdədir. Bizim iki bölgəmiz hələ də Rusiyanın işğalı altındadır, ora hərbi hissələr yerləşdirilib. Təhlükə virtual yox, çox realdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bolqarıstanın Milli Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Gürcüstan ekzistensial problem və çağırışlar yarada biləcək vəziyyətə düşməmək üçün bir çox məsələlərdə çox ehtiyatla davranır.

XİN rəhbəri sülhün Gürcüstan üçün çox vacib olduğunu vurğulayıb:

“Biz son 30 ildə bir neçə müharibə ilə üzləşmişik və hələ də Tbilisidə yaşayan, öz evlərinə qayıtmağı gözləyən köçkünlərimiz var. Bu, gürcü cəmiyyətinin varlığında açıq yaradır. Sülh çox vacibdir, hamı başa düşməlidir ki, bizim ölkənin dinc və sabit inkişafını qorumaq üçün güclü istəyimiz var”.

M.Boçorişvili qeyd edib ki, “Gürcü Arzusu” hökuməti 12 ildir hakimiyyətdədir və əvvəlki hökumətdən fərqli olaraq Rusiyanın xeyrinə bircə qərar belə qəbul edilməyib.

Nazir Gürcüstanın həm Avropa, həm də regionun digər ölkələri üçün çox mühüm coğrafi mövqeyə malik olduğunu da söyləyib: “Xüsusən Rusiyanın Ukraynaya təcavüzündən və regionda baş verən hadisələrdən sonra bu mövqeyin əhəmiyyəti artıb. Gürcüstan Orta dəhlizdə də çox mühüm rol oynayır. Digər tərəfdən, biz sadiq, etibarlı tərəfdaş olduğumuzu dəfələrlə sübut etmişik və razılaşdığımız bütün şərtləri yerinə yetiririk”.


SON XƏBƏRLƏR