• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Lenin mavzoleyi iki aylıq bağlanacaq

DÜNYA

10 Fevral 2025 | 14:38

Lenin mavzoleyi iki aylıq bağlanacaq

Moskvada Qırmızı meydanda yerləşən Lenin mavzoleyi təxminən iki ay müddətinə profilaktik işlər üçün bağlanacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Vladimir İliç Leninin mavzoleyinə və Kreml divarı yanındakı nekropola bu il fevralın 18-dən aprelin 14-dək profilaktik işlərin aparılması ilə əlaqədar ziyarətçilərin girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.

Mavzoleydə planlı profilaktik işlər təxminən iki ildən bir aparılır, lakin onların təfərrüatları adətən açıqlanmır. Bu cür işlər xüsusilə 2017, 2019, 2022, 2023-cü illərdə aparılıb.

Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb.


SON XƏBƏRLƏR

08 May 2025