• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Makron: AI layihələrinə investisiyalar 100 milyard avrodan çox olacaq

DÜNYA

10 Fevral 2025 | 14:48

Makron: AI layihələrinə investisiyalar 100 milyard avrodan çox olacaq

Fransada süni intellektlə (AI) bağlı investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına bildirib.

Onun sözlərinə görə, yaxın illər üçün yerli və xarici şirkətlərin ümumilikdə 109 milyard avro məbləğində investisiyaları planlaşdırılır.

Parisdə fevralın 10-da siyasətçilərin, həmçinin sənaye və elmi dairələrin nümayəndələrinin iştirak edəcəyi iki günlük AI sammiti başlayacaq.

Daha əvvəl Fransanın “Iliad Group” telekommunikasiya şirkəti ölkədə tədqiqatlara və süni intellekt infrastrukturunun yaradılmasına 3 milyard avro investisiya qoyacağını elan edib. Makron müsahibəsində digər iki Fransa şirkətinin – “Orange SA” və “Thales SA”nın planlaşdırılan investisiyalarını da qeyd edib.

Bundan əlavə, ABŞ-nin “Brookfield Asset Management” investisiya şirkəti növbəti beş il ərzində Fransada məlumat emalı mərkəzlərinin tikintisi və süni intellekt infrastrukturunun inkişafına 20 milyard avro sərmayə qoymağı planlaşdırır. Həmçinin, Əbu-Dabi suveren fondu Fransada məlumat mərkəzlərinin inkişafına 30-50 milyard avro sərmayə yatırmaq niyyətindədir planlaşdırır.


SON XƏBƏRLƏR

11 Mart 2025