• Bakı 25° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Şagirdlərimiz Avropa Fizika Olimpiadasında 4 bürünc medal qazandılar

CƏMİYYƏT

17 Iyun 2026 | 17:40

Şagirdlərimiz Avropa Fizika Olimpiadasında 4 bürünc medal qazandılar

Azərbaycan məktəbliləri İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) uğurlu nəticə əldə edərək ölkəmizə 4 bürünc medal qazandırıblar.

Bakıvaxtı.az xəbər verir ki, 12-16 iyun tarixlərində təşkil olunan nüfuzlu beynəlxalq yarışda Azərbaycan komandasının dörd üzvü bürünc medala layiq görülüb.

Medal qazanan şagirdlər bunlardır:

  • Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi;
  • Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-humanitar liseyin XI sinif şagirdi;
  • Murad Xəlil – Bakı Türk Liseyinin XI sinif şagirdi;
  • Raiq Babazadə – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi.

Qeyd edək ki, Avropa Fizika Olimpiadası 2018-ci ildən keçirilir və qitənin ən nüfuzlu fizika yarışlarından biri hesab olunur. Bu il olimpiadada 41 ölkədən 200 şagird iştirak edib.

Azərbaycanlı şagirdlərin əldə etdiyi nəticə ölkəmizin beynəlxalq elm olimpiadalarındakı uğurlarının davamı kimi qiymətləndirilir.

Gənc fiziklərimizi təbrik edir, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR