• Bakı 25° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

DÇ-2026-da növbəti şərhçi qalmaqalı

İDMAN

17 Iyun 2026 | 15:01

DÇ-2026-da növbəti şərhçi qalmaqalı

DÇ-2026-da daha bir qalmaqallı hadisə yaşanıb.

Bakıvaxtı.az Qol.az-a istinadla xəbər verir ki, bu, 1-ci turun Fransa-Seneqal matçı zamanı qeydə alınıb.

Argentinanın "DirectTV Sports" kanalının şərhçisi Fransa ilə Seneqal arasında keçirilən oyunun canlı yayımında Fransanı “Afrika ölkəsi” adlandırıb.

Şərhçi ilk hissədən sonra efirdə belə deyib:

“Nyu-Cersidə ilk hissə başa çatdı, Fransa-Seneqal matçında hesab 0:0-dır, hazırda Afrika komandaları arasında görüşdə hesab bərabərdir”.

Qeyd edək ki, daha əvvəl mundialda Murad Əkrəm Çəmənin İran - Yeni Zelandiya oyunu zamanı etdiyi ciddi şərhçi səhvi qalmaqala səbəb olmuşdu. Belə ki, o, təxminən 4 dəqiqə ərzində İranın hücumlarını Yeni Zelandiyanın, Yeni Zelandiyanın hücumlarını isə İranın hücumları kimi təqdim etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026